AZ

Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı keçiriləcək referendum ərəfəsində bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb.

Hafta.az-ın yazdığına görə, Azərbaycandakı Qazaxıstan vətəndaşları referendum günü yerli vaxtla saat 07:00-dan 20:00-dək səfirlikdə yerləşən 394 saylı seçki məntəqəsinə gələrək öz səsvermə hüquqlarından istifadə edə biləcəklər.

Məlumata əsasən, bu məntəqənin seçici siyahısına Azərbaycanda daimi və ya müvəqqəti yaşayan 180-ə yaxın Qazaxıstan vətəndaşı daxildir.

Referendum günü səs vermək üçün gələnlər özləri ilə şəxsiyyəti təsdiqləyən pasport və ya Qazaxıstan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini götürməlidirlər.

Əlavə sual yarandığı təqdirdə +994 51 255 78 64 nömrəsi ilə əlaqə saxlamaq olar.

Eyni zamanda, əlavə məlumatı Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının www.election.gov.kz saytından əldə etmək mümkündür.

394 saylı seçki məntəqəsinin ünvanı: Bakı şəhəri, küç. N.Rəfiyeva 14.

Xatırladaq ki, Qazaxıstan Respublikası Prezidentinin 2 sentyabr 2024-cü il tarixli 636 nömrəli Fərmanına əsasən, oktyabrın 6-da Qazaxıstanda AES-in tikintisi ilə bağlı referendum keçiriləcək.

Seçilən
4
hafta.az

1Mənbələr