AZ

İsrail qisas almağa hazırlaşır – ABŞ İranda vurulacaq yerləri AÇIQLADI

Xəbər verdiyimiz kimi, İsrail ordusu havadan bombardman etdiyi Livana quru əməliyyatına başlayıb.

Yenicag.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) hücumun HƏMAS lideri Haniyə və Hizbullah lideri Nəsrullahın öldürülməsinə cavab olaraq həyata keçirildiyini açıqlayıb.

İran Dövlət Televiziyası raketlərin 80 faizinin hədəflərinə çatdığını bildirib.

SEPAH-ın İsrailə raket hücumundan sonra ikinci açıqlam yayıb. Açıqlamada “Real Promise 2” əməliyyatının işğal olunmuş ərazilərdəki strateji hədəflərə qarşı həyata keçirildiyi bildirilib.

Digər tərəfdən, ABŞ-ın “Axios” nəşri İranın dünən gecə həyata keçirdiyi raket hücumuna İsrailin reaksiyasının təfərrüatını paylaşıb. “Axios” xəbər saytının adı açıqlanmayan İsrail rəsmilərinə əsaslanan xəbərinə görə, İsrailin mümkün hədəfləri İrandakı neft obyektləri olacaq.

Bölgədəki neft obyektlərini dəfələrlə hədəfə alacaq İsrail İranın hava hücumundan müdafiə sisteminə də hücum edəcək.

İsrail rəsmilərinin istinad etdiyi digər məqsəd İranın yüksək rütbəli məmurlarına qarşı sui-qəsdlərdir.

İranın Baş Qərargah rəisi Məhəmməd Baqiri bildirib ki, İsrail İrana hücum edərsə, daha şiddətli cavab verəcək və onların bütün infrastrukturu hədəfə alınacaq. İranın rəsmi xəbər agentliyi İRNA tərəfindən yayımlanan video çıxışında Baqiri SEPAH-ın İsrailə qarşı həyata keçirdiyi raket hücumunun təfərrüatını açıqlayıb.

Baqiri bildirib ki, HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra ABŞ, Avropa və bəzi digər ölkələr İrandan Qəzzada atəşkəs əldə olunana qədər gərginliyi artırmaqdan çəkindirmək istəyiblər.

Nəsimi Ələsgərli

Seçilən
5
yenicag.az

1Mənbələr