AZ

Arne Slot “Bolonya”ya qarşı oyundan gözləntilərini açıqladı

“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasında “Bolonya” ilə qarşıdakı ev oyunundan gözləntilərini paylaşıb.

Arena.az xəbər verir ki, İngiltərə nəhəngi ÇL-in Liqa mərhələsinin 2-ci turu çərçivəsində bu gecə İtaliya klubu ilə doğma meydanda qarşılaşacaq.

Niderlandlı mütəxəssisin bu oyun barədə fikrini təqdim edirik:

“Düşünürəm ki, “Bolonya” keçən mövsüm və bu mövsüm göstərdi ki, onlara qalib gəlmək həqiqətən də çətindir. Hər kəs mənə deyir ki, onlar cari mövsümdə yalnız bir oyunda qalib gəliblər, amma mən də sizlərə deyim ki, onlar yalnız bir dəfə də uduzublar. Bu komandanı məğlub etmək çətindir. Çempionlar Liqasında İtaliya komandalarına qarşı oynamağın nə qədər çətin olduğunu bilirik. Ona görə də rəqibi qiymətləndirməmək olmaz”, deyə Arne Slot qətiyyətlə vurğulayıb.

Xatırladaq ki, Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turu çərçivəsində “Liverpul” “Bolonya”nı bu gün, oktyabrın 2-də “Enfild”də qəbul edəcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

1-ci turdan sonra “Liverpul” Çempionlar Liqasının ümumi mərhələsinin yarış cədvəlində 3 xalla 13-cü pillədə qərarlaşıb. “Bolonya” isə 1 xalla 21-ci pillədədir.

Seçilən
18
arena.az

1Mənbələr