AZ

Cəbrayılda Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə müqavilə imzalanıb

 

"İşğaldan azad edilmiş ərazilərimizin iqtisadi və yaşıl enerji potensialının reallaşdırılması üçün mühüm təşəbbüslər həyata keçirilir".

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

"Bu gün Cəbrayılda 240 MVt-lıq "Şəfəq" Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə bp, "SOCAR Green" və AİŞ arasında Birgə İştirak Müqaviləsi imzalandı", - nazir qeyd edib.

Onun sözlərinə görə, layihə birbaşa xarici investisiyaların cəlb edilməsi ilə ölkəmizin "yaşıl" keçid hədəfinin dəstəklənməsinə, Cəbrayıl rayonunun iqtisadi inkişafı və günəş enerjisi potensialından istifadə etməklə bölgənin enerji təminatının gücləndirilməsinə, Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək.

Seçilən
7
3
operativmedia.az

8Mənbələr