AZ

Donald Trampın çılpaq heykəli yoxa çıxıb

ABŞ-də keçmiş prezident və Respublikaçılar Partiyasının namizədi Donald Trampın çılpaq heykəli yoxa çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, sentyabrın 28-də Las-Veqasın şimalında, Interstate 15-də nümayiş etdirilən heykəlin uzunluğu 13 metr, çəkisi isə 2 ton olub. 

"Əyri və ədəbsiz" adlanan heykəlin ölkəni gəzəcək tur layihəsinin bir hissəsi olduğu deyilirdi. Lakin heykəlin qoyulduğu yerdə olmadığı öyrənilib.

Onun qastrol səfərinə və ya başqa səbəblərə görə uzaqlaşdırıldığı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Sərginin təşkilatçıları bildiriblər ki, heykəl siyasi xadimlərin şəffaflığı və ictimai şəxsiyyəti haqqında cəsarətli bəyanat vermək üçün nəzərdə tutulub.

Bu, amerikalıların Respublikaçılar Partiyasından prezidentliyə namizədin çılpaq heykəlləri ilə ilk dəfə qarşılaşması deyil.

2016-cı ildə Nyu-York, San-Fransisko, Los-Anceles, Klivlend və Sietldə Tramp 5 çılpaq heykəli peyda olub.

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr