AZ

Kemi Seba: Fransa Afrika xalqlarına münasibətdə ədalət nümayiş etdirmir

Kemi

Bakı, 2 oktyabr, AZƏRTAC

Mən Fransada jurnalist olduğum zamanlarda Afrikada yerləşdirilən hərbi bazalara qarşı mübarizə aparırdıq. Çünki əgər Fransa hərbi yollarla torpaqlarımızı işğal edirsə, biz bu barədə susa bilməzdik. Fransa Qarabağla bağlı məsələnizdə Azərbaycana dərs keçməyə çalışırdı. Amma bu dərsi özünə verməlidir, bu ədaləti özündə yaratmalıdır. Fransa Afrika xalqlarına münasibətdə bu ədaləti nümayiş etdirmir. Fransanı insan haqlarının müdafiəçisi kimi təqdim edirlər, amma, əslində, bu ölkədə oliqarxların maraqları ön plandadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Afrikada Fransanın Neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfransla bağlı keçirilən brifinqdə tanınmış aktivist Kemi Seba açıqlamasında söyləyib.

K.Seba bildirib ki, Azərbaycanla hüquqlarımız eynidir. Biz buna görə də birlikdə çalışmalıyıq. Mənim düşmənimin düşməni dostum ola bilər və biz bu anlayışla davranacağıq.

Seçilən
5
azertag.az

1Mənbələr