AZ

Afrikalı siyasi fəal: "Fransa müstəmləkələrinə qarşı ədalətsiz davranır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bugünkü görüş bizim neokolonializmlə mübarizədə müqavimətimizi göstərən yeganə gün olmayacaq və bizim əməkdaşlığımız bundan sonra da davam edəcək".
Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında müstəmləkəçilik və antiimperialist mövqeləri ilə tanınan panafrikaçı siyasi fəal, jurnalist Kemi Seba deyib.
O, Fransanın Afrika xalqlarına qarşı təzyiqlərinin şahidi olduğunu deyib:
"Mən Fransada doğulub-böyümüşəm və fransızların afrikalılara qarşı irqçi davranışının şahidi olmuşam.
Bununla yanaşı, Afrika xalqlarına məxsus mineral resurslar hələ də fransalı oliqarxlar tərəfindən istismar olunur. Üstəlik, Fransa Qarabağla bağlı məsələlərdə insan hüquqlarından danışır, amma Afrika xalqlarına qarşı, həmçinin dənizaşırı ərazilərin xalqlarına qarşı insan haqlarını yerinə yetirmir və ədalətsiz davranır.
Fransa irqçi dövlətdir və digər xalqları yer üzündən silmək istəyir. Fransa hökuməti ABŞ-yə tabedir. Bəs buna qarşı mübarizəni necə davam etdirməliyik? Bunun üçün mineral resursların yenidən özümüzdə olmasına çalışmalıyıq".
Mərahim Nəsib
Seçilən
8
1
oxu.az

2Mənbələr