AZ

Metroda "bu nədi ə çəkirsiz?” deyən xala ilk dəfə klipə çəkildi

İctimai Televiziyanın aparıcısı Fidan müğənni Sahra ilə işbirliyi edib.

Kulis.az xəbər verir ki, “Gedirəm” adlı trek Fidan TV youtube kanalından yayımlanıb.

Parçanın söz və musiqisi bəstəkar Abbas İsmayıla (təxəllüsü: Asoundady), musiqi prodüserliyi Ayzekh-ə, klipi isə rejissor Tural Xəlilova məxsusdur.

Klipə bir il əvvəl “Yeraltı” verilişindən yaşanan epizod ilə tanınan Şəhla bibi də çəkilib.

Seçilən
13
1
kulis.az

2Mənbələr