AZ

Marallar bu kəndi ələ keçiriblər

Marallar Şotlandiya kəndi ələ keçiriblər. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Loçinvər kənd sakinlərinin dediyinə görə, marallar onlara yem verən turistlər ucbatından ərazidə peyda olublar. İndi daimi yeməyə öyrəşmiş heyvanlar populyasiyasını kəskin şəkildə artırıb və yenidən meşəyə qayıtmaq istəmirlər.

İnsanlar maralların avtomobillərə və bağlara zərər verə biləcəyindən şikayətlənirlər və sakinlər onları öz mülklərindən uzaqlaşdırmağa çalışanda heyvanlar aqressivləşirlər. Bundan əlavə, meşə qonaqları gənə və digər təhlükəli xəstəliklər daşıyırlar.

Yerli hakimiyyət maralları xüsusi hasarların arxasında saxlamağa cəhd etsə də, bu nəticə verməyib. 

Seçilən
7
1
unikal.az

2Mənbələr