AZ

“Green card” üçün müraciət başlayır - Şərtlər açıqlandı

"Green card" lotereyasına müraciət tarixləri açıqlanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu il "Green card" müraciətləri 2 oktyabr 2024-cü il çərşənbə günü saat 19:00-da başlayacaq və 5 noyabr 2024-cü il çərşənbə axşamı saat 20:00-da başa çatacaq.

Lotereyada iştirak etmək üçün ən azı orta məktəb məzunu olmalısınız. Orta məktəb məzunu deyilsinizsə, son beş il ərzində ən azı iki il iş təcrübəniz olmalıdır. 18 yaşdan yuxarı olmaq şərtlər arasındadır. Müraciət edənlərə maliyyə və dil ilə bağlı tələb qoyulmur. Evli şəxslər tərəfindən edilən müraciətlərdə onların həyat yoldaşları və 21 yaşdan kiçik uşaqları da bu hüquqdan yararlanır. Lakin müraciət zamanı onları əlavə etmək lazımdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
2
11
milli.az

10Mənbələr