AZ

İsveç klubunun 70-ə yaxın azarkeşi Bakıda

“70-ə yaxın “Malmö” azarkeşi Azərbaycana uzun səfər edib”.

Msport.az xəbər verir ki, bu barədə sabah Avropa Liqasında “Qarabağ”la qarşılaşacaq “Malmö” klubunun rəsmi saytı yazıb.

İsveç klubu azarkeşlərinin nəzərinə çatdırılıb ki, arenaya bayraq və pankartların gətirilməsi ilə bağlı əvvəlcədən xəbərdarlıq etmək lazımdır: “Stikerləri arenaya gətirmək olmaz. Böyük çantalar qadağandır, lakin kiçik çantalara icazə verilir. Arenada köşklər var və orada pivə də satılır. Ödəniş həm nağd, həm də kartla edilə bilər”.

Qeyd edək ki, “Qarabağ” – “Malmö” oyunu sabah – oktyabrın 3-də Tofiq Bəhramov ad. Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq.

Seçilən
9
msport.az

1Mənbələr