AZ

Hansi Flik daha yaxşısını arzulayır

“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Yanq Boyz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, İspaniya nəhəngi İsveçrə təmsilçisi ilə ev oyunundan 5:0 hesablı möhtəşəm qələbə ilə ayrılıb.

Alman mütəxəssis qarşılaşmadan sorna təşkil olunmuş mətbuat konfrasında bunları söyləyib:

“Bu Çempionlar Liqasının necə nəticələnəcəyini heç kim bilmir, amma qol fərqinin çox olması həmişə yaxşıdır. Biz 1-ci turda məğlub olduqdan sonra, böyük fərqlə qalib gələ bildik.

Komandamız oyuna əla başladı, amma istədiyimiz qədər yaxşı deyil. Biz daha güclü başlamalıyıq, daha yaxşı ötürmələr verməliyik və komanda olaraq hərəkiliyimizi təkmilləşdirməliyik”, deyə Hansi Flik vurğulayıb.

2 turdan sonra “Barselona” UEFA Çempionlar Liqası ümumi mərhələsinin yarış cədvəlində 3 xalla 19-cu pillədə qərarlaşıb. Xalsız “Yanq Boyz” isə yarış cədvəlinin dibində, 36-cı pillədə toz basır.

Seçilən
32
arena.az

1Mənbələr