AZ

Saakaşvili 2008- ci il hadisələrindən danışdı - “Sarkozi hədələdi, mən rədd etdim”

“Mən 2008-ci ildə Fransanın keçmiş prezidenti Nikola Sarkozinin Cənubi Osetiya münaqişəsinin nizamlanması planına mübahisəli ərazilərin statusu ilə bağlı bəndin daxil edilməsi təklifini rədd etdim”.

Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili özünün “Facebook” sosial şəbəkə hesabında yazıb.

Siyasətçi qeyd edib ki, 2008-ci ildə Sarkozi Tiflisə səfər edərək, altı bənddən ibarət proqram təqdim etdi. Burada Rusiyanın tələbi ilə altıncı bənd əlavə edildi və o belə idi:

"Abxaziya və Cənubi Osetiyanın mübahisəli ərazilərinin statusu gələcək beynəlxalq danışıqların nəticəsi kimi müəyyən edilməlidir", - deyə Saakaşvili vurğulayıb.

Siyasətçi bildirib ki, Sarkozinin Gürcüstanı mümkün nəticələrlə hədələməsinə baxmayaraq, mən bu formada sazişi imzalamaqdan imtina etdim. Mənim Fransanın sabiq prezidentinin təklifinə cavabım qəti oldu. 

Mən bəyan etdim ki, bizim ərazilər mübahisəli deyil və onların statusu Gürcüstan daxilində müəyyənləşib. Biz torpağımızın Kosovolaşmasına imkan verməyəcəyik.

Onun sözlərinə görə, bir neçə saatlıq mübahisədən sonra, Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev zəng edərək altıncı abzasdan mübahisəli ərazilərin statusu ilə bağlı istinadın çıxarılmasına razılıq verib.

Xatırladaq ki, 2008-ci il avqustun 12-də Sarkozinin vasitəçiliyi ilə Gürcüstan və Rusiya arasında atəşkəs sazişi imzalanıb. 

 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr