AZ

“Mançester Siti”nin futbolçusu telefon oğurluğuna görə saxlanılıb – KİV


İspaniya Milli Polisi “Mançester Siti”nin yarımmüdafiəçisi Mateus Nunezi mobil telefon oğurladığına görə saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə sentyabrın əvvəllərində Madrid gecə klubunda baş verib.
Ehtimal olunur ki, oğurluqdan əvvəl cihazın sahibi idmançının razılığı olmadan onun şəklini çəkib.
Futbolçu həbs edildikdən sonra polis bölməsində ifadə verib və bir neçə saat sonra o, məhkəməyə qədər zaminə buraxılıb.
Qeyd edək ki, Nunezin 26 yaşı var. O, 2023-cü ildən “Mançester Siti”də çıxış edir. Yarımmüdafiəçi həmçinin Portuqaliya millisinin də üzvüdür. O, millinin heyətində 16 oyun keçirib və 2 qol vurub.
Seçilən
29
yeniavaz.com

1Mənbələr