AZ

Beynəlxalq Mülki Aviasiya Təşkilatı Bakıda seminar keçirir (FOTO)

Bakı. Trend:

Oktyabrın 2-də Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının(ICAO) Avropa və Şimali Atlantika (EUR/NAT) və Asiya və Sakit Okean(APAC) regional ofisləri tərəfindən “Axtarış və xilasetmə” üzrəseminar işə başlayıb.

Trend xəbər verir ki, üç gündavam edəcək tədbiri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiyanında Dövlət Mülki Aviasiya Agentliyi təşkil edir.

Seminarda ICAO-nun və digər beynəlxalq təşkilatların, eləcə dəxarici dövlətlərin 70-dən çox nümayəndəsi, habelə Rəqəmsal İnkişafvə Nəqliyyat Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi, FövqəladəHallar Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC, Milli AviasiyaAkademiyası, “ASG Aviation Services Group” və “SW Group”untəmsilçiləri iştirak edirlər.

Tədbiri giriş sözü ilə rəqəmsal inkişaf və nəqliyyat nazirininmüavini Elmin Məmmədov açaraq axtarış və xilasetmə sahəsindənormativ hüquqi tənzimləmə istiqamətində görülən işlər barədəməlumat verib.

Sonra yerli və xarici mütəxəssislər tərəfindən axtarış vəxilasetmə sahəsində əməkdaşlıq, personalın hazırlığı, normativhüquqi tənzimləmə, əməliyyatların koordinasiyası, yenitexnologiyalar və digər mövzularda məruzələr edilib.

Qeyd edək ki, seminarın sonuncu günü masaüstü (tabletop)interaktiv təlim keçiriləcək.

Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Seçilən
19
5
az.trend.az

7Mənbələr