AZ

“Roketsan” Qarabağ Zəfərində böyük uğurlar qazanan sursatlarını dünyanın bir çox yerinə ixrac edir

“Roketsan” olaraq göstərdiyimiz üstün nailiyyətlərimiz və ixracatlarımızla dünyanın ən böyük 100 müdafiə və aerokosmik sənaye şirkəti arasında yer alırıq.

Bunu “Roketsan” şirkətinin baş direktoru Murat İkinci “Poliqon” jurnalına müsahibəsində deyib.

2024-cü il üçün yayımlanan “Defense News Top 100” siyahısına toxnunan M.İkinci, sıralamada 2023-cü ilə nisbətən 9 pillə irəliləyərək 71-ci yeri tutmaqdan qürur duyduqlarını bildirib: “Digər tərəfdən, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hazırladığı qlobal miqyasda ən sürətlə böyüyən müdafiə sənayesi şirkətləri siyahısında 11-ci, yenə SIPRI-nın hazırladığı müdafiə sənayesi şirkətlərinin böyüklük sıralamasında isə ilk yüzdə yer alaraq uğurumuzu bütün dünyaya sübut etdik. Bu nailiyyətlərimizi daha yüksəklərə daşımaq üçün səylərimizi davam etdiririk.”

Onun sözlərinə görə, 2023-cü ildə Türkiyənin ən çox ixracat edən 50 sənaye müəssisəsi arasında yerini alan “Roketsan” dost və müttəfiq ölkələrə ixracatını 2024-cü ildə də artan xətt ilə davam etdirir.

“Amerikadan Asiyaya, Avropadan Afrikaya ixracatlar həyata keçirən bir şirkət olaraq dünyanın müxtəlif coğrafiyalarında baş tutan bir çox beynəlxalq sərgidə də öz yerimizi alaraq, məhsullarımızı tanıtmağa və brend imicimizi gücləndirməyə davam edirik.

Azərbaycanın şanlı Qarabağ Zəfəri də daxil olmaqla əməliyyat meydanında uğurunu dəfələrlə sübut etmiş məhsullarımızla dost və müttəfiq ölkələrin müdafiəsini gücləndirmək üçün yeni ixracatlara imza atmağa davam edəcəyik”, – deyə “Roketsan” şirkətinin baş direktoru qeyd edib.

Seçilən
11
poliqon.az

1Mənbələr