AZ

"Yeşilçam"ın aktrisası xəstəxanaya yerləşdirilib

"Yeşilçam"ın "4 yapraklı yoncasından biri" kimi tanınan məşhur aktrisa Filiz Akın xəstəxanaya yerləşdirilib.Missiya.Az xəbər verir ki, bu barədə onun sosial media hesabında paylaşım edilib.

Filiz Akın Bodrumda xəstəxanalardan birində müalicə alır. Lakin sənətçinin səhhətində hansı problemin yarandığı ilə bağlı informasiya verilməyib.

Qeyd edək ki, F.Akın 2002, 2022, 2023-cü illərdə xərçənglə bağlı yaşadığı problemlərə görə əməliyyat olunub.

Sənətçi uzun müddətdir ki, xəstəliklə mübarizə aparır və 42 gündür sosial media hesabında heç bir paylaşım etməyib. Sonra isə xəstəxanadan görüntülərini yayımlayıb.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
12
missiya.az

1Mənbələr