AZ

Sosioloq: "Uşaqlarınızı maksimum nəzarətdə saxlayın"

“Türkiyənin Diyarbəkir şəhərində itkin düşdükdən 19 gün sonra nəşi tapılan 8 yaşlı Narin Güranın başına gələnlər 2019-cu ilin noyabr ayında Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın da oxşar qaydada qətlə yetirilməsini gündəmə gətirib. Belə ki, hər iki cinayətlə bağlı oxşar məqamlar diqqət çəkib”.

“Çox təəssüf ki, son vaxtlar dünya üzrə bu problem getdikcə kəskinləşir, vəziyyət faciəvi həddə gəlir. Dünya üzrə il ərzində itkin düşən uşaqların 7-8 milyondur. Bu, çox dəhşətli dərəcədə böyük rəqəmdir. Ümumi dünya ortalamasında uşaqların maksimum üçdə ikisinin itkin düşdükdən bir müddət sonra ölüsü və ya dirisi tapılır. Üçdə biri isə heç vaxt tapılmır. Avropa İttifaqı üzrə ildə 250 minə yaxın uşaq itkin düşür, onların da təxminən 70 faizi tapılır. Türkiyədə bu rəqəm son səkkiz ildə 100 min civarındadır. Dəhşətli və acınacaqlı bir rəqəmdir. Dünyadakı ölkələrin vəziyyətinə baxanda istər inkişaf etmiş, istər xaos içində olan ölkələrdə rəqəm sayı yüksəkdir. Məsələn, Amerikada son 10 ildə 400000 uşaq soraqsız yoxa çıxıb”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib.

Sosioloq qeyd edib ki, ölkəmizdə bu sahədə o qədər də faciəvi vəziyyət yoxdur.

“Belə hallar ara-sıra olur. Bu da bizim valideynlərin uşaqlarına qarşı daha diqqətli və məsuliyyətli olması nəticəsində baş verir. Təbii ki, bizdə də məsuliyyətsiz valideynlər var. Ümumiyyətlə, bu kimi hallarda yeganə günahkar valideynlərdir. Uşaqlar mümkün qədər 24 saat nəzarətdə olmalıdır. Heç bir yerə tək şəkildə buraxılmamalıdır. Xüsusən qız uşaqları tək buraxılmamalıdır. Uşaqları nəinki tənha yerlərə, hətta günün günorta çağı belə tək buraxmaq olmaz. Çünki dünya seksual manyaklarla, seriyalı qatillərlə, manyaklarla doludur. Bu say bütün ölkələrdə, o cümlədən bizdə də getdikcə artır. Belə bir mühitdə təhlükəsizliyi heç cür təmin etmək mümkündür. Valideyn olmayan yerdə uşaq olmamalıdır. Ancaq məktəb istisna ola bilər. Hətta məktəbə gedərkən və gələrkən uşağın yanında ya valideynlərindən, ya da ailə üzvlərindən şəxslər olmalıdır. Təəssüf ki, dünya artıq belədir. Bizim uşaqlığımızda bu belə deyildi. Belə şeylərə heç ehtiyac da yox idi. Nə belə hadisələr baş verirdi, nə belə bir qorxu var idi. Lakin indi belə bir zamanda, dünyada yaşayırıq. Ona görə valideynləri həmişə çağırıram ki, uşaqlarınızı maksimum nəzarətdə saxlayın. Uşaqların nəinki real həyatda fəaliyyətləri, hərəkətləri, eyni zamanda virtual dünyada fəaliyyətləri tam nəzarət altında olmalıdır. İndi hər kəs balaca uşaqların əlinə bir smartfon verib, azad internet dünyasına buraxıb. Bu dünya qorxunc və nəzarətsizdir. Orada hər cür psixotrom təsirlər, terror elementləri var və hər cür qrupların təsirinə düşə bilir. Bəzi yeniyetmələr radikal, kriminal, dini qruplaşmaların təsirinə düşür. Bu istiqamətdə bir çox nümunələr saymaq olar. Yalnız valideynlər bu vəziyyəti həll edə, uşağını xilas edə bilər. Başa düşmək olur, valideynlərin bəziləri işlə əlaqəli, müəyyən səbəblərdən övladlarına nəzarət edə bilmir. Lakin yenə də bir yolunu tapıb, maksimum nəzarətdə saxlamalıdırlar. Valideynlər başa düşməlidir ki, yalnız özlərindən asılıdır. Birbaşa özlərinin günahı, təsiridir. Bax buna görə diqqətli olmalıdırlar. Hansı zamanda, dövrdə, cəmiyyətdə yaşadıqlarını başa düşməlidirlər. İnsanların son dövrlərdə psixikasının necə pozulduğunu görməlidirlər. Psixi xəstələrin, seksual manyakların, kriminal ünsürlərin artdığını görməlidirlər”.

Seçilən
23
aznews.az

1Mənbələr