AZ

Yeni hədəfimiz iqtisadiyyatı daha da gücləndirməkdir ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 26-da iqtisadi məsələlərə həsr edilmiş müşavirədə çıxışı zamanı bir sısa önəmli məsələlərə toxunmuşdur. Çıxışda qeyd edilib ki, biz öz resurslarımıza arxalanaraq güclü və müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Qeyri-neft sektorunun inkişafında da müsbət tendensiya müşahidə olunur. Qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir.

Ölkə başçısının Milli Məclisdəki çıxışında əsas prioritetlər açıq-aydın göstərilib. İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr. Həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr - bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaqdır. Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq. Prezident, həmçinin inflyasiyanın ilin əvvəlindən cəmi 1% civarında olduğunu qeyd etdi. Bu müsbət göstəriciyə baxmayaraq, 2024-cü ildə minimum əmək haqqı və pensiyaların artırılacağını bəyan etdi. Bununla yanaşı, ölkədə hərbi sənaye kompleksinin və Qarabağın bərpası istiqamətində böyük vəsait tələb edən layihələr həyata keçirilir. Xarici investisiyalar məsələsinə toxunan cənab Prezident, xüsusilə, qeyri-neft sektoruna sərmayələrin cəlb edilməsi üçün bir çox təşviq layihələrinin həyata keçirildiyini bildirdi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi xarici investorlar üçün ciddi müsbət siqnal olub və bu, artıq ölkədə yeni müəssisələrin açılması ilə özünü göstərir. O, həmçinin işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Ağdam və Cəbrayılda yeni sənaye parklarının yaradılmasının əhəmiyyətini vurğuladı. Cənab Prezident çıxışında görülmüş işlərin xronikasını açıqlamaqla yanaşı, qarşıda duran yeni hədəfləri fəth etmək üçün yeni vəzifələr barədə mühüm açıqlamalar vermişdir

Nazim BÜNYATOV,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Seçilən
7
sesqazeti.az

1Mənbələr