Belçika mətbuatında yer alan xəbərə görə, Alman avtomobil istehsalçısı “Volkswagen Group”aa məxsus “Audi” markasının Brüsseldəki istehsal müəssisəsini almaq üçün hələ uyğun talib tapılmayıb.

İndex.az xəbər verir ki, “Audi” zavodun satışı üçün istehsalçılar və təchizatçılar da daxil olmaqla 26 potensial alıcı ilə görüşsə də, onların heç biri iş təhlükəsizliyini təmin edəcək və 3 min işçinin işini davam etdirəcək konkret təkliflərlə çıxış etməyib.

Alman avtomobil istehsalçısı “Volkswagen Group”a məxsus “Audi” markası, iyul ayında lüks seqmentli elektrikli avtomobil modeli Q8-in istehsal edildiyi və təxminən 3 min insanın işlədiyi Brüsseldəki fabrikini tələbin azalması səbəbindən yenidən strukturlaşdıracağını açıqladı.

“Audi” rəhbərliyi sentyabrın əvvəlində Brüsseldəki fabrikə “Volkswagen Group”u tərəfindən istehsal üçün heç bir modelin ayrılmadığını elan etdi. Bu vəziyyət fabrik işçilərini və həmkarlar ittifaqını narahat edirdi. İşçilər işə qayıtmamış və hazır avtomobillərin açarlarını müsadirə etmişdilər. “Audi”, tezliklə bağlanması gözlənilən və rəhbərliklə işçilər arasında problemlərin olduğu Brüssel fabriki üçün yeni investorlar axtarmağa başlamışdı.