AZ

Həkim məsləhəti olmadan qəbul olunan dərmanın yan təsirləri ola bilər

“Həkim məsləhəti olmadan dərman qəbulu məsləhət deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun terapevti Günel Sadıqlı deyib.

Onun sözlərinə görə, dərmanların yan təsirləri var ki, bu dərmanların özbaşına qəbulu qaraciyər zədələnmələri, allergik reaksiyalar, böyrək xəstəlikləri kimi ciddi narahatlıqlara səbəb ola bilər.

"Mütləq sahə həkimi ilə məsləhətləşmək lazımdır. Çünki bir insan xroniki xəstəliyi olduğunu bilmədən dərman istifadə edə və bunun nəticəsində dərmanın yan təsirləri ilə qarşılaşa bilər".

Mina Mikayılova

Seçilən
21
1
bakivaxti.az

2Mənbələr