AZ

Minimum əməkhaqqı və pensiyalarla bağlı qərar verilib: Artım nə qədər olacaq? - AÇIQLAMA

Oktyabrn 1-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında bildirib ki, Prezidentin tapşırıqlarına əsasən, minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb və yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək.

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı əhalini narahat edən əsas məqam artımların vətəndaşların gəlirlərinə nə qədər müsbət etməsi ilə əlaqadardır.

Mövzu ilə bağlı deputat Vüqar Bayramov saytımıza açıqlamasında bildirib ki, minimum əməkhaqqı və təqaüdlərin artırılması ilə bağlı təkliflər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanır və nazirlik tərəfindən təkliflər təqdim olunduqdan sonra, təbii ki, onun ictimai müzakirəsi, eyni zamanda digər dövlət qurumları tərəfindən rəyin təqdim olunması həyata keçiriləcək.

“O cümlədən, Maliyyə Nazirliyi tərəfindən fiskal əsaslandırma da bu istiqamətdə vacib məqamlardandır. Ona görə də, mövcud qanunvericiliyə əsasən, artımlarla bağlı təkliflər məhz hökumət, o cümlədən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanıb. Bizim təklifimiz əməkhaqqı və pensiyalarda ikirəqəmli artımın həyata keçirilməsi ilə bağlıdır. Hələ ki, konkret rəqəmlər yoxdur. Nazirliyin təklifindən sonra konkret rəqəmlər üzərində müzakirələr gedəcək. Nəzərə alsaq ki, minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayından etibarən artırılıb. Ona görə də, ötən müddətdə qeydə alınan illik inflyasiya səviyyəsi nəzərə alınmaqla, biz əməkhaqqı artımını həyata keçirilməsini təklif edirik. Bu da ikirəqəmli əməkhaqqı artımlarıdır. Amma daha konkret rəqəmlər nazirlik tərəfindən təkliflər təqdim olunduqdan sonra bilinəcək. O zaman artıq bəlli olacaq ki, nazirlik minumun əməkhaqqını hansı faizlə artırılmasını təklif edir və təbii ki, bundan sonra təqdim olunan təklif müzakirəsi və bu istiqamətdə fikirlərin təqdim olunması mümkün olacaq.

Məsələ ilə əlaqədar iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, minimum əməkhaqqı və təqüdlərlə bağlı artımlarla bağlı qərar artıq verilib.

“Ancaq çox təəssüf ki, nə qədər artırılması hələ ictimai müzakirəyə çıxarılmayıb. Təbii ki, hamımızın arzu və gözləntisi odur ki, daha çox artımlar olsun. Əhalinin sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərsin. Amma bundan öncə Maliyyə Nazirliyinin 2025-ci il dövlət büdcəsinin parametrləri ilə bağlı ilkin rəqəmlər açıqlanmışdı. Bu açıqlamadan məlum olur ki, artımın elə də kəskin, nəzərə çarpacaq qədər olması gözlənilmir. Ən yaxşı halda əməkhaqqı və təqüdlərdə təqribən 10% artım gözlənilir”.

Qeyd edək ki, mart ayında Sahil Babayev açıqlamasında minimum əməkhaqqı və pensiya məbləği ilə bağlı təikliflərin noyabr ayınadək nazirliyə göndərilməsini vurğulamışdı. Ölkə başçısı İlham Əliyev ötən həftə parlamentdəki çıxışında bu istiqamətdə artımlar edilməsi ilə bağlı tapşırıq verib.

Hülya

Seçilən
3
avtosfer.az

1Mənbələr