AZ

İqlim maliyyələşdirilməsinin yalnız kiçik bir hissəsi uşaqlar üçün ayrılıb - UNICEF

Bakı. Trend:

Son 17 ildə fondlar (vertical funds) tərəfindən ayrılan iqlimmaliyyəsinin sadəcə 2,4 faizi uşaqlara yönəldilib.

Trend xəbər verir ki, bubarədə UNICEF-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə dayanıqlıinkişaf və iqlim məsələlərinə dair regional müşaviri Mariya OsbekADA Universitetində keçirilən Bakı İqlim Həftəsi çərçivəsində"Uşaqlar və iqlim dəyişikliyi məsələləri üzrə yüksək səviyyəliekspertlərin milli dialoqu" adlı tədbirdə bildirib.

"Son 17 ildə fondlar tərəfindən ayrılan iqlim maliyyəsininsadəcə 2,4 faizi uşaqlara yönəldilib. Bu, şübhəsiz, iqlimmaliyyələşdirilməsində yeni məqsədlərin uşaqların maraqlarınınəzərə almalı olduğuna bir işarədir", - o bildirib.

M.Osbek qeyd edib ki, Avropa və Mərkəzi Asiyada, o cümlədən, Aİölkələrində 160 milyon uşaq iqlim dəyişikliyinin təsirlərinə qarşıyüksək və ya orta dərəcədə həssas kateqoriyaya daxildir.

"Ətraf mühit və iqlim dəyişikliyi, 5 yaşdan aşağı uşaqlardasağlamlığın pisləşməsinə səbəb olan 5 əsas risk faktorundan 3-dür", - o əlavə edib.

Qeyd edək ki, bu tədbir noyabr ayında Bakıda baş tutacaqCOP29-un iqlim gündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət,maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyətvə KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir arayatoplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər vəurbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kəndtəsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşılbacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsiçərçivəsində şəhərin müxtəlif guşələrində bir çox tədbirlər təşkilediləcək.

Seçilən
12
az.trend.az

1Mənbələr