AZ

Tramp: "ABŞ əsgərlərinə qoyulan TBI diaqnozu əsl baş ağrısıdır"

ABŞ-nin sabiq prezidenti, yenidən prezidentliyinə namizəd Donald Tramp 2020-ci ildə ABŞ əsgərlərinə qoyulan TBI diaqnozunu baş ağrısı olaraq xarakterizə edib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Tramp ABŞ qüvvələrinə qarşı atılan raketlərin yüksək səs çıxarmaqdan başqa bir zərəri olmadığını bildirib.

\"The Hill” qəzetinin yazdığına görə, bir jurnalist 2020-ci ildə ABŞ-nin İraqdakı bazasına hücum edən və 100-dən çox əsgərin beyin travması almasına səbəb olan İrana daha sərt cavab verilməli olub-olmadığını soruşub.

İranla ondan daha sərt davranan kimsənin olmadığını iddia edən Tramp ABŞ qüvvələrinə qarşı atılan raketlərin yüksək səs çıxarmaqdan başqa bir zərəri olmadığını bildirib.

ABŞ 2020-ci il yanvarın 3-də İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandanı Qasım Süleymanini Bağdad hava limanına endirdiyi hava zərbəsi ilə öldürdükdən sonra İran 8 yanvar 2020-ci ildə ABŞ qüvvələrinin yerləşdirildiyi Əl-Əsəd və Ərbil bazalarına raket zərbəsi endirib.

İranın 2020-ci ildə ABŞ əsgərlərinin yerləşdiyi İraqdakı Əl Əsəd bazasına hücumundan sonra 100-dən çox Amerika əsgərinə TBI diaqnozu qoyulub.
 
Mikayıl
Seçilən
3
azxeber.com

1Mənbələr