AZ

Əfqanıstanda daşqınlar: 13 ölü, 16 yaralı

Əfqanıstanda leysan yağışları və daşqınlar nəticəsində 13 nəfər ölüb, 16 nəfər yaralanıb. 

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin nümayəndəsi məlumat verib.

Departament sözçüsü Molla Canan Saek bildirib ki, son 10 gün ərzində yağan güclü yağışlar Qəzni, Lağman, Nanqarhar, Farah, Paktia, Badgis, Herat və Daykundi əyalətləri ətrafında daşqınlara səbəb olub:

"Güclü yağışlar əyalətlərdə də böyük maddi ziyana səbəb olub.  Daşqınlar nəticəsində 109 yaşayış binası tamamilə və ya qismən dağılıb, təxminən 650 hektar əkin sahəsi yuyulub. Ümumilikdə may ayından etibarən ölkənin müxtəlif bölgələrində yağan yağışlar nəticəsində 400-dən çox insan ölüb, yüzlərlə insanın yaralanıb və külli miqdarda maddi ziyan dəyib".

Gülşən Şərif

Seçilən
5
bakivaxti.az

1Mənbələr