AZ

Mirzoyan: Ermənistan Qərbi Azərbaycanla bağlı söhbətlərdən təşvişə düşüb 

İrəvan Bakının sülh sazişinin razılaşdırılmış hissəsini imzalamaq üçün siyasi iradəsini görmür və Azərbaycanda “Qərbi Azərbaycan”dan danışılması Ermənistana qarşı ərazi iddiaları təəssüratı yaradır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

“Deyirlər ki, sənəd layihəsinin bütün bəndləri razılaşdırılmalıdır, amma tərəflər arasında bütün problemləri tənzimləyəcək bir saziş yoxdur. Biz əlimizdə olan sənədi imzalamağı, qalan məsələlərin  müzakirə olunmasını təklif edirik”, - deyə erməni nazir bildirib.

Mirzoyanın sözlərinə görə, Ermənistanda və Ermənistan cəmiyyətində Azərbaycanın Ermənistanın hesab olunan əraziləri ilə əlaqədar gələcək planları barədə narahatlıq var.

“Bu gün Azərbaycan tərəfi Ermənistanın demək olar ki, bütün ərazisini özündə birləşdirən “Qərbi Azərbaycan”dan danışır”,-deyə erməni nazir bildirib.

Bununla belə Mirzoyanın sözlərinə görə, noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammiti sülh prosesini irəli apara bilər.

Musavat.com

Seçilən
1
2
musavat.com

3Mənbələr