AZ

İsrail səfiri qaçırılması ilə bağlı xəbərləri təkzib etdi - VİDEO

İsrailin Kiprdəki səfiri Oren Anolik qaçırılması ilə bağlı paylaşılan xəbərləri inkar edib. 

Bizim.Media xəbər verir ki, o, bununla bağlı video paylaşaraq deyib: 

“Qaçırılmağımla bağlı ətrafda dolaşan yalan xəbərlərə görə bu videonu çəkməyi özümə borc bildim. Sizi əmin etməliyəm ki, belə bir şey olmayıb, mən yaxşıyam və hər şey qaydasındadır.

Deyəsən, kimsə bütün dünyanı mənə zəng edib mesaj göndərmək və yəhudilərin yeni ilini təbrik etmək üçün çox yaradıcı bir yol tapıb!”.

Qeyd edək ki, bu gün “Reuters” xəbər agentliyi səfirin iki mühafizəçisi ilə birlikdə qaçırıldığını açıqlayıb.


Bizim.Media

Seçilən
16
bizim.media

1Mənbələr