AZ

Braziliya Prezidenti 5 saata yaxın havada qaldı

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın və nazirlərin olduğu təyyarə 4 saatdan çox havada qalıb.

"Cebheinfo.az" xəbər verir ki, uçuş zamanı təyyarədə texniki problem müəyyən edilib.

Qeyd olunub k, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Meksikanın yeni prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasimində iştirak etmək üçün dünən Meksikaya rəsmi səfər edib.

Mərasimdən sonra Braziliyaya qayıtmaq üçün mindiyi təyyarədə naməlum səbəbdən texniki nasazlıq yarandığı bildirilib.

Braziliya Hərbi Hava Qüvvələrindən verilən açıqlamada, təyyarənin yerli vaxtla saat 19:16-da Mexiko şəhərindəki Felipe Anceles hava limanına eniş etdiyi qeyd edilib.

Açıqlamada təyyarənin təhlükəsiz eniş üçün kifayət qədər yanacaq sərf etməli olduğu və bu səbəbdən saatlarla uçduğu bildirilib. 

Uçuş izləmə platformasına görə, təyyarə təxminən 4 saatdan çox Meksika hava məkanında qalıb.

Braziliya Prezidentliyinin mətbuat katibi Jose Chrispiniano enişdən sonra təyyarədəki hər kəsin yaxşı vəziyyətdə olduğunu açıqlayıb.

Seçilən
4
cebheinfo.az

1Mənbələr