AZ

"Brest" klubu ardıcıl iki qələbə ilə futbolçularının yarımillik maaşını təmin etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çempionlar Liqasındakı uğurlu startı "Brest"ə böyük qazanc gətirib.
Oxu.Az xəbər verir ki, Fransa klubu illik büdcəsinin 8.75 faizini əldə edib.
Liqa1 təmsilçisinin büdcəsi cəmi 48 milyon avrodur. "Brest" ilk iki turda qələbə qazanmaqla 4.2 milyon avroya sahib çıxıb.
Bu, həm də klubun bütün futbolçularının yarımillik maaş fonduna bərabərdir. "Brest"in oyunçularının aylıq maaşlarının cəmi 700 min avro təşkil edir.
Qeyd edək ki, "Brest" "Şturm"a 2:1, "Zalsburq"a 4:0 hesabı ilə qalib gəlib.
Seçilən
3
oxu.az

1Mənbələr