AZ

ABB konsolidə edilmiş maliyyə hesabatlarını açıqladı

Bakı. Trend:

ABB Maliyyə Qrupu 30 iyun 2024-cü il tarixinə cari ilin birinciyarımili üzrə konsolidə edilmiş maliyyə hesabatlarını açıqlayıb.Hesabatda ABB-nin, Bankın törəmə şirkətləri olan “ABB-Moskva”-nın,“ABB-GEO” QSC-nin, Azərikard prosessinq mərkəzinin, “BeynəlxalqLizinq Şirkəti”nin və “ABB-İnvest” İnvestisiya Şirkətinin 6 aylıqfəaliyyət nəticələri öz əksini tapıb.

Qrupun xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında (yanvar-iyun)ötən ilin eyni dövrü ilə müqayisədə 33 milyon 597 manat və ya 20,6%artaraq 196 milyon 801 min manata çatıb. Bank bu müddət üzrə 50milyon 315 min manat mənfəət vergisi xərci hesablayıb. ABB Qrupunun6 aylıq maliyyə hesabatlarını qlobal audit, konsaltinq, vergi vəəməliyyat xidmətləri şirkəti olan EY şirkəti təhlil edib.

Xatırladaq ki, cari ilin 11 iyun – 24 sentyabr tarixləriarasında həyata keçirilən səhm emissiyası nəticəsində ABB-ninsəhmdarlarının sayı 35 105 nəfərə qədər artıb. Bankda özəl səhmdarpayı 7,8%-ə yüksəlib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Seçilən
8
50
az.trend.az

10Mənbələr