AZ

Müəllimlərin peşəkarlığına hazırlıq üçün yeni təhsil mərkəzi yaradılıb - FOTO

İnnovativ Təhsil Mərkəzinin açılışı olub. Bu gün Bakı şəhəri Nərimanov rayonunda İnnovativ Təhsil Mərkəzinin açılış mərasimi keçirilib. Açılış lentini keçmiş təhsil naziri Misir Mərdanov kəsib. O, İnnovativ Təhsil Mərkəzinin açılmasını təhsil sahəsində mühümlüyündən bəhs edib. Bildirib ki, İnnovativ Təhsil Mərkəzində peşəkar müəllimlərin yetişdirilməsi ölkə təhsilinə öz mühüm tövhəsini verəcək.  Həmçinin açılışda müxtəlif elm adamları və təhsil sahəsində çalışmış müxtəlif ziyalılar da iştirak edib. Qonaqlar İnnovativ Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olublar. Açılış mərasimində təhsil işçiləri ilə yanaşı bir sıra media nümayəndələrinə məxsus jurnalistlər və redaktorlar da iştirak ediblər. Onlar da öz növbələrində təhsil mərkəzinin fəaliyyəti haqqında bəhs ediblər. Bildiriblər ki, İnnovativ Təhsil Mərkəzində MİQ imtahanında müəllimlərin yüksək nəticə qazanmaları üçün bütün lazımi şərait yaradılıb. Mərkəzin direktoru Emil Tağızadə qeyd edib ki, İnnovativ Təhsil Mərkəzində MiQ imtahanına hazırlıq ilə yanaşı, həmdə abituriyent hazırlığı, Direktor və direktor müavinlərinin İşə qəbul hazırlığı, Magistr hazırlığı, məktəbəqədər hazırlıq, Dövlət qulluğu hazırlığı, STEAM, İKT bacarıqları, Rəqəmsal bacarıqlar, Loqoqped vı psixioloq xidmətləri də mövcuddur.

Seçilən
18
tehsilforumu.az

1Mənbələr