AZ

Ramiz Novruzun qızı: "Ağlınıza gəlməyəcək qədər borclandım"

Mərhum xalq artisti Ramiz Novruzun qızı, stilist Şəfəq Novruzova sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, pandemiyada müflis olan Şəfəq Novruzova özünə “Rance Rover”l markalı avtomil aldığını deyib:

"Mən çox səmimi, saxtakarlıqdan uzaq insanam. Bunu ətrafım da bilir. Pis günümdə özümü yaxşı göstərə bilməzdim. Çünki atam kimi təbii, səmimi, real bir insanam. Pandemiyada çox geri düşdüm, çox şeyimi itirdim, demək olar ki, müflis oldum. Ötən aya qədər çox əziyyət çəkdim, hamı deyirdi ki, bu, Allahın sınağıdır. Bu sınaq bir az uzandığına görə artıq gücüm, taqətim qalmamışdı. Təkiydim, bütün ailənin yükü üzərimdə idi. Ağlınıza gəlməyəcək qədər borclandım.

Sentyabrda möcüzə baş verdi. Mənə İranlı şirkətdən iş təklifi gəldi. Əslində, bu iş təklifi mənə pandemiyadan əvvəl sayını bilmədiyim qədər pul qazanan vaxtlarımda da var idi. Amma qəbul etmirdim, çünki ehtiyac duymurdum. İranlı şirkət adıma olan gözəllik salonumu satın almaq istədi. Gözəllik salonumun başqa ölkələrdə şəbəkələrini açmaq istədilər. Bununla bütün borclarımı bağlayacam. Əvvəlki həyatıma daha güclü formada qayıdacam.

Mənim kimi saf olub pullarınızı dağıtmayın. Çünki pulun varsa, şöhrətin də var. Hamı başına dolanır, düşəndə isə batırsan. Mənim həyatımda pul testindən 2-3 nəfər keçdi. Qalanları isə əsl üzlərini göstərməyə tələsdilər...”


Müəllif: Rəqsanə Həsənova
Seçilən
12
teleqraf.com

1Mənbələr