AZ

Fonseka “Bayer”ə uduzduqları oyunu bəyənib: “Fantastik oynadıq”

“Milan”ın baş məşqçisi Paulo Fonseka UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Bayer”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, İtaliya klubu Almaniya çempionu ilə səfər oyunundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Portuqal mütəxəssis komandasının məğlubiyyətindən sonra bunları söyləyib:

“Komandaya qoşulandan bəri, ən çox bu oyunu bəyəndim. İkinci hissədə fantastik oynadıq. Kifayət qədər çox qol imkanları yaratdıq, amma fürsətlərimizi gerçəkləşdirə bilmədik. Kədərlənmişik və məyusuq, amma oyunumuzdan məmnunam”, deyə Fonseka vurğulayıb.

2 turdan sonra “Bayer” Çempionlar Liqası ümumi mərhələsinin yarış cədvəlində 6 xalla 3-cü pillədə qərarlaşıb. Xalsız “Milan” isə adına-sanına yaraşmayan 29-cu pillədə, autayderlər arasında yer alıb.

Seçilən
7
arena.az

1Mənbələr