AZ

Rəşad Sadıqov inadından dönmədi, bir başqa komanda yaratdı

Rəşad Sadıqov «Zirə»də beşinci mövsümünü keçirir.

Bir əvvəlki illərdə onun ümumi vəziyyəti fərqli idi, indi ondan da fərqlidir.

O, ilk dəfədir ki, belə geniş heyətlə sezona start verib. Qulluğunda 30-a yaxın futbolçu var, hər mövqedə rəqabət yaradıb.

Elə mühit yaradıb ki, onlardan heç biri özünü rahat hiss etmir. Fikirləşmir ki, mən əsas heyət üzvüyəm, əvəzedilməzəm.

Sistem, yaxud məşqçi komandası deyimi var futbolda. «Zirə» tipik o komandalardandır.

Rəşad Sadıqov mövcud sistemi yaratmaq üçün arxada qalan illərdə o qədər əziyyət çəkib, o qədər tənqidlərə məruz qalıb ki…

Ağrı-acılı yollardan keeib, amma yenə də doğru bildiklərindən imtina etməyib, işıqucu gördüyü istiqamətdə addımlayıb.

Adam sözün həqiqi mənasında inadcıldır. Tutduğunu buraxmaz.

Düz saydığı səmtdən sapmaz. Bu, Rəşad Sadıqovun xarakteridir.

«Zirə»nin yaydan bəri sərgilədiyi futbol öncəki sezonların bir-iki qat üstündədir.

«Kəpəz»lə qarşılaşma «atanınla tutanın yaxşı olmalıdır» deyimini bir kərə isbatladı.

Rafael Utziqlə Davit Volkovun yüksələn performansı, Rüstəm Əhmədzadənin özünə gəlməyə başlaması «Zirə»ni bu gün hücum fazasında daha koloritli, möhtəşəm göstərir.

Zədədən dönən Junior Martins da formaya düşsə, bu komandanın qarşısında dayanmaq lap çətin olacaq.

Aydın Bayramovun əlcəkləri Tiaqo Silvadan geri alması da bir başqa irəliləyişdir. Gözləməzdik bunu.

Avrokuboklarda qaytardığı penaltilərlə yanaşı, səhvləri ilə diqqət çəkən Tiaqo artıq görür ki, bu həna o hənadan deyil, ağlını başına yığmalı, məsluiyyətli olmalı, rəqabət aparmalıdır.

ELXAN

Seçilən
57
sportinfo.az

1Mənbələr