Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycanın FIFA referisi İnqilab Məmmədov beynəlxalq təyinat alıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində iş başında olacaq.
Seçmə mərhələnin oyunları oktyabrın 4-dən 13-dək İspaniyanın Kadiz şəhərində keçiriləcək.