Yaxın Şərqdə müharibə bu halda bitəcək... - Xamenei
Yaxın Şərqdə hərbi münaqişələr ABŞ və Avropa ölkələrinin bölgəni tərk etməsi ilə bitəcək.BUTA.TV xəbər verir ki, bunu İranın dini lideri Əli Xamenei deyib. “Əgər ABŞ və Avropa regiondan çıxsa, o zaman, şübhəsiz ki, münaqişələr, müharibələr, toqquşmalar tamamilə dayanacaq. Regionun bütün ölkələri özləri öz ərazilərində və regionda asayişi bərpa edə, sülh, sağlamlıq və firavanlıq içində birlikdə yaşaya bilərlər”, - Xamenei bildirib.