İranın xarici işlər naziri Abbas Erakçi dünən ölkəsinin İsrailə raket hücumlarından sonra ABŞ rəhbərliyinə hücumların sona çatdığını, İsrailin cavab vermədiyi təqdirdə davam etmək niyyətində olmadığını və ABŞ-nin müdaxiləsi halında bölgədəki Amerika qüvvələrini hədəf alacaqlarını bildirdiklərini söyləyib.
"Cebheinfo.az" xəbər verir ki, İran dövlət televiziyasına danışan Erakçi dünən İranın İsrailə raket hücumlarından sonra ABŞ-nin Tehrandakı diplomatik maraqlarını təmsil edən İsveçrə səfirliyi vasitəsilə Vaşinqtona “xəbərdarlıq mesajları” göndərdiklərini bildirib.
Hücumdan əvvəl məlumat vermədiklərini, lakin hücumlardan sonra İsrailin cavab vermədiyi təqdirdə davam etmək fikrində olmadıqlarını ABŞ-yə bildirdiklərini ifadə edən Erakçi, “Bunun BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanan müdafiə hərəkətimiz olduğunu" vurğulayıb:
"Amerika qüvvələrini geri çəkilmələri və müdaxilə etməmələri barədə də xəbərdar etdik. Əks halda bizim sərt reaksiyamızla qarşılaşacaqlar. Bu, həm də dünən gecədən bəri telefon danışıqlarımda bütün tərəflərə edilən bir xəbərdarlıqdır".