AZ

Ukrayna strateji şəhəri itirdi

Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Uqledar şəhərini tərk edib. Bu barədə “Xortitsa” Qoşunların Əməliyyat-Strateji Qrupu Telegram-da məlumat yayıb.

“Uzun sürən döyüşlər nəticəsində çoxsaylı itkilər verən düşmən Uqledarı ələ keçirmək cəhdlərindən əl çəkmədi. Onlar nəyin bahasına olursa olsun şəhəri nəzarətə götürməyə cəhd etdilər. Ruslar cinahdan hücumlar həyata keçirmək üçün ehtiyat qüvvələr göndərə bildilər”, - məlumatda qeyd edilib.

"Xortitsa" bəyan edib ki, düşmənin hərəkətləri nəticəsində şəhərin mühasirəyə alınması təhlükəsi yaranmışdı: “Ali komandanlıq şəxsi heyəti və hərbi texnikaları qorumaq və sonrakı fəaliyyətlərə dair mövqe tutmaq üçün Uqledardan bölmələrin çıxarılmasına dair manevr etməyə icazə verib”.

Bundan əvvəl BBC rus qoşunlarının hazırda Uqledar şəhərinə tam nəzarət etdiyini yazmışdı. Şəhər genişmiqyaslı müharibə başlayan gündən Ukrayna qüvvələri tərəfindən müdafiə edilirdi.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
12
news365.az

1Mənbələr