AZ

Gürcüstan 5.5 faiz iqtisadi artım PROQNOZLAŞDIRIR

Gürcüstan hökuməti 5,5% iqtisadi artım proqnozuna əsaslanan 2025-ci il üçün dövlət büdcəsi layihəsini parlamentə təqdim edib.

 

Modern.az xəbər verir ki, layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinə daxilolmalar bu ilin dövlət büdcəsi ilə müqayisədə 2,3 milyard lari artaraq 26,9 milyard lari təşkil edəcək.

 

Dövlət büdcəsindən ayrılan vəsaitin həcmi təqribən 2 milyard lari artaraq 27 milyard lari təşkil edəcək.

 

- Büdcənin ümumi kəsiri üzrə proqnoz 2,5%;

- Dövlət borcu ÜDM-in 36,8%-i;

- Nominal ümumi daxili məhsul 97,4 milyard lari səviyyəsində proqnozlaşdırılır.

Seçilən
6
modern.az

1Mənbələr