AZ

"Barıt özümüzün olacaq" -  Ukraynada partlayıcı maddələr istehsalı işə salınıb

 
"Partlayıcı maddələr dövlət və özəl şirkətlərin tərəfdaşlığı ilə istehsal edilməlidir..."
 
Ukrayna qonşu ölkədə propellentlər istehsalını işə salmaq niyyətindədir, çünki hazırda ölkədə bunu nizama salmaq risklidir.
 
Moderator.az xəbər verir ki, bu barədə iqtisadiyyatın strateji sahələri üzrə naziri German Smetanin Kiyevdə Beynəlxalq müdafiə sənayeləri Forumunda məlumat verib. Məlumatı "ukr.net" nəşri yayıb.
 
O, deyib ki, Ukraynada partlayıcı maddələr dövlət və özəl şirkətlərin tərəfdaşlığı ilə istehsal edilməlidir.
 
"Ukraynada "Explosives and Propellants" (partlayıcı maddələr və propellentlər) istehsalının mənimsənilməsi proqramı üzərində iş gedir. Biz tərəfdaşlarımıza minnətdarıq. Biz Ukraynadan kənarda istehsal edilmiş barıtın ilk partiyasını əldə etmişik", - Smetanin deyib.
 
Bu zaman nazir deyib ki, bu il Ukrayna istehsal proqramına uyğun olaraq barıtla təmin ediləcək. Həmçinin istehsalın Ukrayna ərazisində mənimsənilməsi ilə bağlı iş gedir.
 
"Partlayıcı maddələrin istehsalı ilə bağlı bizim mövqeyimiz belədir ki, dövlət və özəl istehsalçıları arasında tərəfdaşlıq olmalıdır. Bu gün belə əməkdaşlıq var. Ukraynada qismən dövlət, qismən də özəl müəssisələrində partlayıcı maddələrin istehsalı artıq başlayıb", - Smetanin əlavə edib.
 
Onun sözlərinə görə, belə fəaliyyətin özəl istehsalçılar tərəfindən aparılmasına heç bir qadağa yoxdur. "Hökumət silah istehsal etmək istəyən hər kəsin bunu Ukraynada edə bilməsinə kömək edir. Bu gün partlayıcı maddələr istehsalı artıq mənimsənilir və qismən özəl istehsalçılar tərəfindən istehsal edilir", - Smetanin deyib.
 
"Artyom" dövlət səhmdar holdinq şirkətinin prezidenti Vladimir Zimin forumdakı çıxışında qeyd edib ki, hazırda ən kritik komponentlər propellentlərdir.
 
"Biz propellentlərin qonşu ölkədə istehsalını təşkil etməyi planlaşdırırıq, çünki görürük ki, propellentlərin istehsalı riskli təşəbbüsdür. Məhz buna görə də biz hazırda tərəfdaşlarımızla sıx əməkdaşlıq mərhələsindəyik və mən ümid edirəm ki, növbəti 12 ayda biz artilleriyamızın ehtiyacları üçün propellentlərin istehsalını artıra biləcəyik", - Zimin qeyd edib.
 
Ukraynada silah istehsalı
 
Bu ilin aprel ayında bəlli olub ki, Almaniyanın "Rheinmetall" konserni Ukraynada ən azı dörd silah zavodu inşa etməyi planlaşdırır. Gələcək müəssisələrdə mərmilər, hərbi texnika, barıt və HHM üçün silah istehsal ediləcək.
Seçilən
4
moderator.az

1Mənbələr