AZ

Juninyo “Malmö” ilə oyun haqda nələr dedi?

“Qarabağ”ın futbolçusu Olaviyo Juninyo Avropa Liqasında sabah “Malmö”yə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, braziliyalı hücumçu qələbə qazanmaq istədiklərini deyib:

“Bütün ölkə, şəhər, azarkeşlər üçün çox önəmli oyun olacaq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.

Avrokubokların son üç oyununda qol vura bilməmişəm. Bütün bunları aradan qaldırmağın yolu məşqlərdə çalışmaqdır. Daha məhsuldar olmağım və komandaya xeyir verməyim üçün baş məşqçi mənə köməklik göstərir”.

Seçilən
20
futbolpress.az

1Mənbələr