AZ

Orta Dəhliz vasitəsilə Azərbaycana bərpa olunan enerji mənbələri üzrə layihənin həyata keçirilməsi üçün komponentlər çatdırılır (Özəl)

Bakı. Trend:

"ACWA Power" şirkəti üçün "Xızı-Abşeron" külək elektrikstansiyasının (KES) komponentləri Çindən Azərbaycan ərazisinəTrans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, ya da Orta dəhliz)vasitəsilə çatdırılır.

Bu barədə Trend-ə özəl olaraq “ACWA Power Azerbaijan RenewableEnergy” şirkətinin layihələr üzrə direktoru Eşli Rolands (AshleyRowlands) məlumat verib.

"240 MVt gücündə olan "Xızı-Abşeron" külək elektrikstansiyasının inşası apreldən etibarən 2 ərazidə (Zona-1 Abşeronrayonunda və Xızı-3 Xızı rayonunda) həyata keçirilir. Son aylardakülək turbinlərinin komponentlərinin Orta Dəhliz vasitəsilə Çindənəldə edilməsinə fokuslandıq. Növbəti bir neçə ayda küləkturbinlərinin layihə üçün ayrılmış zonalarda quraşdırılmasınabaşlayacağıq ki, 2025-ci ildə KES-in işə salınmasını təmin edək", -E.Rolands bildirib.

Onun sözlərinə görə, layihənin 40%-dən çoxu icra olunub.

Daha əvvəl "ACWA Power" şirkətinin Mərkəzi Asiya üzrə regionaldirektoru Abid Malik, "Xızı-Abşeron" külək elektrik stansiyasınınilk mərhələsinin istismara verilməsinin 2025-ci ilin ikinci rübündəbaş tutacağını və bu KES-in ümumilikdə 37 külək turbinini əhatəedəcəyini bildirib.

Stansiya hər il 893 giqavatt-saat (GVt/s) təmiz elektrikenerjisi istehsal edəcək və karbon emissiyalarını ildə 400 000tondan çox azaltmağa imkan verəcək. O, 25 il ərzində"tikinti-mülkiyyət-istismar" (BOO - Build – Own – Operate) prinsipiilə fəaliyyət göstərəcək və istismar və texniki xidmət “ACWA Power”tərəfindən təmin ediləcək.

Digər əməkdaşlıq imkanlarına toxunan E.Rolands Azərbaycanın,xüsusən də SOCAR-la "yaşıl" hidrogen sahəsində əməkdaşlığınöyrənildiyini qeyd edib.

"Yaşıl hidrogenin istehsalı və ixracı məsələsi araşdırılır. Beləlayihələr böyük maliyyə yatırımı tələb edir və bütün detallarıdəqiqləşdirmək lazımdır", - “ACWA Power”in nümayəndəsibildirib.

Seçilən
23
1
az.trend.az

2Mənbələr