AZ

COP29 çərçivəsində BMT ölkələrinin metan emissiyalarının azaldılması üzrə Yol Xəritəsi təqdim ediləcək

Bakı. Trend:

Bakı şəhərində keçiriləcək COP29 çərçivəsində BMT ölkələrininmetan emissiyalarının azaldılması üzrə Yol Xəritəsi təqdimediləcək.

Trend xəbər verir ki, bubarədə Avropa Komissiyasının nümayəndəsi Mindauqas LaurinaviçiusBakıda "Metanla bağlı vədləri həyata keçirmək" adlı seminardadeyib.

Onun sözlərinə görə, Avropa Komissiyası COP29 Sədrliyi ilə sıxəməkdaşlıq edir və BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransında metan üzrə ayrıcapanelin yaradılması və Metan Bəyannaməsinin qəbul olunmasıməqsədilə işlər görür.

"Bu qaz karbondan daha uzun müddət atmosferdə qalır və onuntəsiri dioksid karbondan 30 dəfə daha güclüdür. Buna görə də dünyaölkələri bu problemin aradan qaldırılması üçün səylərinibirləşdirməlidirlər", - Avropa Komissiyasının nümayəndəsi əlavəedib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Seçilən
6
2
az.trend.az

3Mənbələr