AZ

"İtkin düşmüş şəxslərlə bağlı müraciətlərimizdə ikili standartlarla üzləşirik” - Prezident

“Bu günədək dövlət qurumlarımız, itkin düşmüş şəxslərin doğmaları, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müxtəlif beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edilsə də, əfsuslar olsun ki, bu məsələdə də ikili standartlarla üzləşirik”. 


Sfera.az xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda yer alıb.


İ.Əliyev bildirib ki, aidiyyəti beynəlxalq qurumlar bu müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır.

 

Vasif Cəfərov

Seçilən
8
sfera.az

1Mənbələr