AZ

İnsanlar ölüm tarixlərini öyrənə biləcəklər

İnsanlar

Bəşəriyyət yarandığı gündən insanlar ölüm tarixləri ilə bağlı suala cavab verə bilmirlər. Alimlərin yeni araşdırması isə bu suala cavab tapmağa imkan verir.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, yeni araşdırmaya görə, yanaq çubuq nümunələrindən DNT-dəki dəyişiklikləri təhlil etməklə “ölüm tarixini” təxmin etmək mümkündür.

Nyu-Yorkda yerləşən “Tally Health” biotexnologiya şirkətinin komandası yanaq hüceyrələrindən bioloji yaşı hesablaya bilən “CheekAge” adlı epigenetik saat hazırlayıb. Tədqiqatlar insanın həqiqi yaşından çox hüceyrələrinin neçə yaşında olduğunu təhlil edir. Ancaq bioloji yaş; stress, yuxu, qidalanma və siqaret kimi amillərdən təsirlənə bilər. Buna görə də hüceyrələrin yaşının insanın həqiqi yaşından daha yaşlı və ya kiçik olması mümkündür.

Alimlər 1921-1936-cı illər arasında doğulmuş 1513 kişi və qadın üzərində araşdırma aparıblar. Nəticədə məlum olub ki, DNT-də baş verən dəyişikliklər ölümlə əhəmiyyətli dərəcədə bağlıdır. Ən çox bioloji yaşı olan iştirakçıların ən gənc bioloji yaşı olanlara nisbətən həmin il ölmək ehtimalı 148 faiz çox olub. Bütün tapıntılar retrospektiv olaraq aparılıb. Üsul ölən insanlar üzərində sınaqdan keçirilib və tədqiqatçılar gələcəkdə insanlar üzərində sınaqlar keçirməyi hədəfləyirlər. Bu yolla insanın nə vaxt öləcəyini təxmin etmək mümkündür.

Bath Universitetinin Epigenetika professoru Adele Murrell deyir ki, “CheekAge” saatının insanın öləcəyi günü və hətta ili proqnozlaşdıra biləcəyinə dair heç bir sübut yoxdur. London Kral Kollecinin Kök Hüceyrə Elmləri professoru Dusko İliç isə qeyd edib ki, bu cür konkret proqnozlar yerinə ehtimala əsaslanan risk qiymətləndirmələri edilə bilər. O, araşdırmanın dəqiq bir proqnoz verə bilməyəcəyinə əmin olduğunu deyib.

Müxalif fikirlərə sahib olan mütəxəssislər birlikdə “CheekAge”in ölümlə deyil, sağlam qocalmanı uzatmağa yönəlmiş tədqiqatlar çərçivəsində istifadə edilməsi lazım olduğunu vurğulayırlar.

V. QULİYEV
Seçilən
6
1
reyting.az

2Mənbələr