AZ

Səmadan İsraili qoruyan “Dəmir Günbəz”: Sistem necə işləyir? 

Yaxın Şərqdə vəziyyət həmişəki kimi gərgindir. İran ötən gecə İsrailə yüzlərlə ballistik raket atıb. Bu raketlərin bəziləri məskunlaşılmış ərazilərə düşüb, lakin bir çoxu İsrailin “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. 

Modern.az  dünya mətbuatının səhifələrində bu HHM sistemlərinin işləmə mexanizmi barədə gedən materiallara nəzər salıb.

"Dəmir Günbəz" raket və minaatan kimi qısa mənzilli hücumlardan qorunmaq üçün nəzərdə tutulub. Sistem gecə-gündüz istənilən hava şəraitində işləyə bilir. "Dəmir Günbəz"də təhlükəni aşkar edən radar sistemi var. Radarlar gələn raketin nə dərəcədə təhlükə yaratdığını müəyyən edir. socar vakansiya

Raketlər yaşayış məntəqələrinə və ya mühüm infrastruktur obyektlərinə yönəldilirsə, sistem bunu görür və raketlər havada məhv edilir. Raketlər mobil bölmələrdən və ya sabit nöqtələrdən buraxıla bilər. "Dəmir Günbəz" 2006-cı ildə İsrail və Hizbullah arasında baş verən müharibədən sonra hazırlanıb.

Hizbullahın 3 İsrail əsgərini öldürməsi və 2 nəfəri qaçırması ilə başlayan iyul müharibəsi 34 gün davam etmişdi. Müharibədə təxminən 1200 livanlı və 158 israilli həlak olub. Livanda 4400 nəfər yaralanıb. Ölənlərin əksəriyyəti mülki şəxslər olub.

İsrail bu hücuma cavab olaraq yeni raketdən müdafiə sistemi hazırlayacağını açıqlayıb. "Dəmir Günbəz" İsrailin müdafiə şirkəti "Rafael" və Hava və Fəza Sənayeləri Qurumu tərəfindən birgə hazırlanıb. Onun istehsalı İsrailin şimalında yerləşən bir müəssisədə həyata keçirilir.

Kütləvi istehsaldan sonra ABŞ-dan alınan maliyyə dəstəyi müqabilində sistem komponentlərinin yarısı bu ölkədə istehsal olunmağa başlayıb. ABŞ İsrailə hər il 500 milyon dollar yardım edir. İsrail bu sistemdən ilk dəfə 2011-ci ildə istifadə edib. Ölkə HƏMAS-ın Qəzza zolağından atdığı raketi zərərsizləşdirib.

ABŞ 2019-cu ildə sistemin batareyalarını alıb sınaqdan keçirəcəyini açıqlayıb. "Rafael" şirkətinin rəsmi internet səhifəsində bu hava hücumundan müdafiə sistemini aşağıdakı kimi təsvir edilir: "Döyüş şəraitində effektivliyi sübut edilmiş dünyada yeganə çoxməqsədli sistemdir".

İsrail ordusunun məlumatına görə, müvəffəqiyyət nisbəti 90 faizdir. Ona görə də bu sistem İsrail üçün çox vacibdir. Hazırkı hücumda da İranın atdığı raketlər məhz "Dəmir Günbəz" HHM sistemləri tərəfindən zərərsizləşdirilir.

 

 


Telegram kanalımız
Seçilən
16
3
yenisabah.az

4Mənbələr