AZ

İş müsahibəsində iştirak edə bilməyən namizədlər nə etməlidir?

Çox istədiyiniz şirkətdən iş müsahibəsi üçün dəvət aldınız. Amma son anda qarşılaşdığınız problem iş müsahibəsinə getməyinizə mane oldu. Hər kəsin yaşaya biləcəyi belə bir vəziyyətdə iş fürsətini əldən verməmək üçün bir neçə məqama xüsusi diqqət yetirmək lazımdır. 

Müsahibəyə dəvət olunmaq iş axtaran namizəd üçün həyəcanverici bir addımdır. İş fürsətinin sizə nə qədər uyğun olduğunu görmək və ya həmin vəzifəyə uyğunluğunuzu göstərə biləcəyiniz bir görüş keçirmək. Amma bəzən elə vəziyyətlər olur ki, çox istəsəniz belə, kiçik bir uğursuzluq müsahibəyə gecikməyinizə və ya ümumiyyətlə iştirak edə bilməyinizə səbəb ola bilər. Əgər sizə ikinci bir şans verilməsini istəyirsinizsə, atmalı olduğunuz bir neçə addım var.

İş müsahibəsinə gecikən və ya istədikləri halda iş müsahibəsində iştirak edə bilməyən namizədlər aşağıdakıları etməlidirlər:

Görüşəcəyiniz şəxsə zəng edin

Müsahibəni vaxtında keçirə bilməyəcəyinizi anlayan kimi ilk növbədə İnsan Resursları üzrə mütəxəssisə zəng edin və ona vəziyyət barədə məlumat verin. Əvvəlcə iştirak edə bilmədiyinizə və ya gecikdiyinizə görə üzr istəyin və niyə vaxtında gələ bilmədiyinizi peşəkar şəkildə izah edin. Unutmayın ki, sizin səmimi və dürüst izahatınız İnsan Resursları üzrə mütəxəssisə müsbət təsir edəcək.

Yeni görüş tarixi tələb edin

İş müsahibəsində iştirak edə bilməmək sizin ixtiyarınızda olmayan bir səbəbdən baş verə bilər. Buna görə də, İnsan Resursları mütəxəssisindən yeni görüş üçün vaxt tələb edin. Əgər yeni görüş təyin olunarsa, onlara səmimi şəkildə təşəkkür edin. Sizə təqdim olunan son mümkün fürsəti əldən verməmək üçün mümkün maneələri nəzərə alaraq yeni tarixə hazırlaşın.

Təşəkkür məktubu göndərin

Təkcə zəng etməyin, həm də sizə ikinci fürsət verdiyi üçün müsahibimizə təşəkkür edən bir e-poçt göndərin. Qısa müddət ərzində bu təşəkkür məktubunun göndərilməsi İnsan Resursları mütəxəssisində müsbət rəy yaratmağınıza kömək edəcək.

Görüşə vaxtında gəlin

Sizə təklif olunan ikinci fürsətdən maksimum yararlanmaq üçün müsahibə vaxtına 15 dəqiqə qalmış gəlməyinizə əmin olun. Eyni zamanda, İnsan Resursları üzrə mütəxəssisə peşəkarcasına hərəkət edərək və əlinizdən gələni etməklə etibarlı namizəd olduğunuzu sübut edin.

Əvəz Həsənov

Seçilən
14
valyuta.az

1Mənbələr