AZ

Nəticələri yüksək olan tədqiqatçılara hər ay min manatadək təqaüd verilir

Elmi göstəriciləri yüksək olan bir sıra tədqiqatçılara iyuldan başlayaraq hər ay min manatadək vəsait ödənilir. Bu barədə Elm və Dövlət Agentiyi tərəfindən bildirilib. 
 
Məqsəd alimlərin maddi rifahının yüksəldilməsi, onların fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılmasıdır.

Agentlik qeyd edib ki,  "Scopus” elmmetrik bazasında mövcud on minə yaxın azərbaycanlı tədqiqatçı arasından 2018-2023-cü illər ərzində ölkə üzrə ən çox elmi işi dərc olunan ("Scopus”da müəyyən olunmuş hazır siyahı üzrə) 500 müəllifin göstəriciləri təhlil edilmiş və təhlil nəticələrinə əsasən (keyfiyyət göstəriciləri daha yüksək) alimlərin mükafatlandırılması prosesinə başlanılıb və oxşar metodologiyalar beynəlxalq reytinq təşkilatları ("Quacquarelli Symonds (QS)”, "Times Higher Education (THE)”, "Shanghai Ranking (ARWU)”), ali təhsil müəssisələri (Stanford Universiteti ("Stanfordun TOP 2% tədqiqatçıları”)) və tədqiqatçılar tərəfindən istifadə olunur.
 
Bundan əvvəl elm və təhsil naziri Emin Əmrullayev çıxışlarında bildirib ki, hazırda son 3-5 ildə elmi nailiyyətləri yüksək olan alimlərin fəaliyyətləri araşdırılır.
 
Hazırda Elmi Tədqiqat İnstitutlarında 8 minə yaxın şəxs çalışır, onların 5 minə yaxını sırf elmi araşdırmalarla məşğuldur. 
 
Nazir həmçinin daha öncəki çıxışları zamanı söyləyib ki, son 5 ildə yazı yazmayan alimə alim kimi yanaşmaq doğru deyil.


www.anews.az
Seçilən
22
anews.az

1Mənbələr