AZ

İlon Mask: Tramp qalib gəlməlidir- ÖZƏL

İlon Mask, vitse-prezidentliyə namizədi, Ohayo ştatından senator J.D.Vens ilə birlikdə Respublikaçı Donald Trampın prezident seçkilərində qalib gəlməsinin vacibliyini bəyan etdi. 

Olaylar.az xəbər verir ki, biznesmen demokrat Kamala Harrisin qələbəsini qəddar cəza adlandırıb.

"Tramp qalib gəlməlidir. Dörd il Kamala görüb, eşitməyə dözə bilmərəm. Bu, qəddar və qeyri-adi bir cəza olardı!" - sahibkar X-də yazıb.

Daha əvvəl Mask demişdi ki, Harris qalib gəlsə və Tramp uduzsa, ABŞ-da indiki prezident seçkiləri ölkə üçün sonuncu seçki ola bilər. Onun sözlərinə görə, Respublikaçı namizəd "demokratiya üçün təhlükə deyil, onu xilas edə biləcək yeganə şəxsdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr