AZ

Nəsli kəsilməkdə olan 125 siam timsahı öldürüldü

Yazını böyüt
Yazını kiçilt

Cənubi Çin, Vyetnam, Laos, Tailand və Myanmanı dağıdan, bölgədə yüzlərlə insanın ölümü ilə nəticələnən daşqın və sürüşmələrə səbəb olan Yagi tayfunu fövqəladə faciələrə səbəb olub.

Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, timsah yetişdirmə fermasının sahibi Natthapak Xumkad sentyabrın 22-də 125 heyvanı öldürməli olduğunu bildirib.

37 yaşlı Tailandlı deyir ki, tayfunun onun obyektlərinə ziyan vura və timsahların ictimaiyyətə qarışmasına səbəb ola biləcəyi üçün bu qərarı verib.

Ölkənin şimalındakı Lamphun şəhərində yaşayan Xumkad vurğulayır ki, obyektdəki divarın uçmaq üzrə olduğunu görüb nəsli kəsilməkdə olan siam timsahlarını başqa yerə köçürmək istəsə də, çarəsiz qalaraq uzunluğu 4 metrə çatan timsahları öldürüb.

“Divarın tez uçacağını gördüyüm üçün 24 saatdan az müddətdə qərar verməli oldum. Həyatımın ən ağır qərarını verib, hamısını öldürməliydim. Divar uçsa, hadisələrin bizim nəzarətimizdən çıxacağını və insan həyatı üçün təhlükə yaradacağını düşünərək ailəmlə birlikdə qərar verdim. İnsan həyatı və ictimai təhlükəsizlik təhlükə altında idi”, - o deyib.

Lamphun Balıqçılıq Departamentinin rəhbəri Porntip Nualanong, Nattapakın bu qərarı həyata keçirməzdən əvvəl onlara məlumat verdiyini, bu addımı cəsarətlə və məsuliyyət hissi ilə atdığını bildirib.

CNN xəbər verir ki, Xumkadın müəssisəsində uzunluğu 30-120 santimetr arasında dəyişən 500 timsah körpəsi hələ də yaşayır.

Nəsli kəsilmək təhlükəsi ilə üzləşən siam timsahları Tailandda sərbəst şəkildə yetişdirilir və satılır.

Timsah yetişdirilməsi ilə məşğul olan 1100 ticarət müəssisəsi var və onların hər il cəmi 6-7 milyard Tailand bahtı (313 milyon manat ilə 367 milyon manat) arasında gəlir götürdüyü təxmin edilir. Onlar timsah ətini və dərisini sataraq qazanırlar.

Seçilən
6
hafta.az

1Mənbələr